“Bir ildir səhhətimdə ciddi problem var idi”

“Bir ildir səhhətimdə ciddi problem var idi”

Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, bir ildir səhhətində ciddi problem olduğunu deyib. Bu barədə Hidayətqızı “Günaydın Azərbaycan” verilişində danışıb.

“Bu yaxınlarda Amerikadan bir həkim mənim analizlərimi izlədi. Mənə bir məsləhət verdi. Bütün izləyicilərimizə deyirəm ki, pəhriz məsələsini yığışdırın, səhhətinizə fikir verin. Yağlı yemək, çörəyə diqqət edin, çox olmasın. Biləsiniz ki, bir ildir ki, səhhətimdə çox ciddi problem var idi. Ona görə ki, mən gündə bir dəfə yeyirdim. İç orqanlarına çox zərər verir. Az-az, tez-tez yeyin. Amma yağlılardan uzaq durun. Mən bunu gördüm, yaşadım”, - deyə, o, söyləyib.