“Bərabər olduğum xanım məni aldatdığını dedi”

“Bərabər olduğum xanım məni aldatdığını dedi”

Aktyor Fərda Xudaverdiyev açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, o, bərabər olduğu xanımın yuxuda ikən ona xəyanətini etiraf etdiyini deyib. Bu barədə Xudaverdiyev “Zarafat bir yana” verilişində danışıb.

“Mənə çox şey yuxuda agah olub. Çox yaxın bildiyim xanım yuxuda özü məni aldatdığını deyib. Bir il yarımdır bərabərik, o xanıma qarşı şübhəm də yoxdur. Yuxuda mənə dedi ki, mən səni aldadıram, sən buna layiq deyilsən. Sabah bu saatda, bu yerə gəl, bu nömrəli maşına minəcəm. Maşının nömrəsində problem oldu, rəngi də, markası da eyni idi. Getdim o adamı tutdum, küçənin ortasında sözümü dedim. Ağlaya-ağlaya deyir ki, onu sənə kim deyib? Dedim ki, özün. Həmin gün dedim ki, saat 11-də maşınımı ustadan götürürəm, gəlim saat birdə səni götürüm. Dedi ki, xəstəyəm, qızdırmadan yatıram”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Fərda Xudaverdiyev iki dəfə ailə olub. Onun ilk evliliyindən Amin və Mətin, ikinci evliliyindən Raul və Rinat adlı oğulları var.