“Toylara getmirəm, toy sferasında yoxam. Ümumiyyətlə insan boş yerə hədiyyə etməzlər. Mənə də efirdə 4 otaqlı ev versələr, götürərəm. Sonra məqsədini soruşaram”.
OLAY yazır ki, bu fikirləri “Tarixin bir günü” verilişində aparıcı Rövşanə Ağasəfqızı deyib. O, müğənnilərə hədiyyə olunan evlərdən danışıb:
“Düşünərəm ki, nəticəsi nə olacaq? Məndən nə istəyəcək? Verilişlər belə etməsinlər də. Mənə desələr, mayallaq aşın, aşacam? Doğrudan da gənclərin tərbiyəsi pozulur. Bizim övladlarımız baxırlar ki, nə gözəl, təhsil alma, işləmə gəlib sənə ev-maşın verəcəklər. Onun qarşılığında sizdən nə istəyəcəklər? Belə başa düşürəm evləri yalnız xanım müğənnilərə verirlər. Kişilərə yox”.