Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqələri üzərinə cəmləyib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində keçmiş həyat yoldaşı ilə evləndiyi və boşandığı gündən söz açıb.
"Mən yanvarın 16-da 1992-ci ildə "başı batmış"la ailə qurmuşam. Amma boşanma tarixim yadımdan çıxıb. O günü heç yadıma belə salmaq istəmirəm. Neynirəm ki, o günü yadımda saxlayım?
Çünki o günü mən qırğın, qiyamət, müsibətlə həyat yoldaşımdan boşanmışam. O boşanmaq istəmirdi. Amma mən öz istəyimlə ondan boşandım. Başıma çox işlər gəldi. Həm evliliyim, həm də boşanmağım müsibət olub", - deyə Mənzurə vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun