"Qız uşağına 6 yaşdan sonra icazə vermərəm ki, görünsün, reklam olunsun, kimsə ona baxsın... Tam ailə qurana qədər... Mən övladımı heç zaman gizlətmərəm. Mən o tərbiyənin yiyəsi deyiləm ki, kiminsə həyatından kimisə oğurlayıb, uşaq gətirim, sonrada gizlədim. Onlar utansınlar, gizlətsinlər, mən niyə gizlədim ki?".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Rəngarəng səhər" verilişində bildirib.
Qardaşı qızı Nəfisi körpəlikdən götürüb saxlayan sənətçi bu sözləri dilə gətirib:
"Mən kimdənsə o övladı oğurlamamışam ki, uşağı göstərməkdən utanım. Məlumdur ki, Allahın qisməti və yazısıdır ki, mənimki heç haradan gətirmədi... Nəfis qardaşımın balasıdır. Amma o mənim balam, övladım, qızımdır. Heç vaxt demərəm ki, o mənimdir. Birinci növbədə hər zaman deyirəm ki, qardaşımın övladıdır. Çünki bu boynumun borcudur, deməsinlər ki, Nigar artıq bizi kənara atıb, mən deyə-deyə bizim övladımızı özününkü kimi təqdim edir.
Düzdür, bu, onların seçimidir. 4 aylığından Nəfis artıq mənimdir. Mən onun anasıyam. O da mənə ana deyir. Vəfat etmiş anam ona keçmiş qudasının adını qoyub. Amma mən utanmaram. Niyə utanım ki? Körpə olanda göstərməkdən utanmaram və burada bir problem də görmürəm.
Evlisənsə, ailəlisənsə, bu, artıq həyat yoldaşına bağlı olan məsələdir. Amma kimdənsə o övladı oğurlamamışam ki, uşağı göstərməkdən utanım.
Kiminsə ailəsindən oğurluq uşaq gətirməmişəm ki, onu göstərməyə utanım. Hamının özəl həyatı var. Kim necə bu həyatı özünə yaraşdırırsa, elə də yaşayır. Demirəm ki, mələk və ideal qadınam. Ümumiyyətlə, ideal qadın yoxdur. Sənət adamıyıq. Bu sənətdə ideal adam yoxdur. Utanacaq bir hərəkətim də yoxdur ki, övladım gələcəkdə məndən utansın".
Nigar qızını gələcəkdə vəzifədə görmək istədiyini vurğulayıb:
"Qızım Nəfis bu sənətdə olmayacaq. O, əsl bir peşə sahibi olacaq. Qızımı prokuror görmək istəyirəm. Qızımı vəzifədə, savadlı, sözükeçən görmək istəyirəm. Ailə qurar, əgər həyat yoldaşı ona müğənni olmağı icazə verərsə, buyursun, çıxsın oxusun. Amma əlinin çörəyi olsun. Ailəsi onu efirdən izləmək istəsə, buyursun izləsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun