“Oğlum quran avazlıdır, dərviş toylarında oxuyur”

“Oğlum quran avazlıdır, dərviş toylarında oxuyur”

"Sənətçi, yaradıcı insanların ailələrində yaradıcılığa meyl çox olur. Elmlə məşğul olan valideynlərin övladları da elmlə meylli olur. Bu genetikdir, irsidir. Əgər uşağın istedadı ona izn verirsə, mütləqdir ki, o da həmin yolda inkişaf etsin".
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib.
 
"Bizim də övladlarımızda musiqi baxımından yaradıcılıq inkişaf edib. Şəxsən mən onların musiqiçi olmağını heç vaxt təsdiqləməmişəm. Düşünmüşəm ki, özləri böyüyüb, hansı yolu seçsələr o yolla da gedərlər. Əllərindən tutub hansısa musiqi yoluna yönləndirməmişəm. Böyük qızım Rəssamlıq Akademiyasını bitirib. Onun rəsmə, heykəltəraşlığa böyük bir həvəsi var. Həm də gözəl səsi var. Müğənnilik bu dəqiqə ən əlçatan sənətdir. 100 dənə mahnını oxuyub öyrənmək sənətkar olmaq demək deyil. Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq. Baxmayaraq ki, Alim müəllimin nəvələrinin səsi var, amma seçimi özlərinə buraxmışıq. Qadağa qoymamışıq ki, oxuma. Yenə də qismət", - deyə sənətkar bildirib.
 
Fərqanə Qasımova bildirib ki, oğlu dərviş toylarında quran oxuyur, gözəl avazı var:
 
"Oğluma gəldikdə isə.. Oğlum quran avazlıdır, iki mahnısı var, el şənliklərində, dərviş toylarında ifa edir. Amma bu hələ yüksək göstərici deyil. Hələ ki, o bu sənətdə olub-olmayacağını düşünür. Mən ona bu yolda azadlıq verdim. Amma onun avazı quran avazıdır. Mən çox istərdim ki, əlbəttə o bu yolla getsin. Özünün 3 yazdığı mahnı var ki, yutub kanalında da yerləşdirib. Sadəcə mən bu sahədə olduğum üçün ona dəstək olmadım. Amma o yenə də öz seçimində azaddır, müstəqildir. Gəncdir, ola bilsin ki, qarşıdakı illərdə gözəl nailiyyətləri olacaq. Hansı məsləhətdirsə o da olsun. Quran oxumaq avazı Allah tərəfindən övladıma verilib. Bunu ona biz öyrətməmişik. Sonradan özü yutubdan, böyüklərə qulaq asa-asa öyrənib. Bizim ailədə onun kimi oxuyan yoxdur. Muğam da başqa bir fitri istedaddır. O insanın özündə olmalıdır. Atam məni 3 yaşından öyrədib, 3-4 yaşından qəzəllər, təsniflər bilirdim. Əgər atam bizdə bunu görməsəydi öyrətməzdi. Mən 10 yaşımda artıq muğam ifa edirdim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun