29 yaşlı Timoti Şalame imicindəki radikal dəyişikliklə pərəstişkarlarını təəccübləndirib.
OLAY yazır ki, o, özünəməxsus buruq saçlarından imtina edərək qısa “ježik” (kirpi) kəsimi seçib. Yeni obrazını baş rolda oynadığı “Marty the Magnificent” (Möhtəşəm Marti) adlı qarşıdakı filmin reklam çarxında təqdim edib.
Kadrda Şalame “Marty Supreme” yazılı idman geyimində, şəffaf linzalı eynəklərlə və demək olar ki, tam qırxılmış saçla görünüb. Son həftələrdə o, yeni saç düzümünü diqqətdən yayındırmağa çalışaraq, ictimai yerlərdə yalnız papaqla görünüb.
Saç ustası Kristin Nelli WWD-yə açıqlamasında aktyorun bu qısa saç kəsimini məhz özünün etdiyini təsdiqləyib. Timoti isə hələ ki, imic dəyişikliyi barədə heç bir şərh verməyib. Pərəstişkarları isə xəbəri emosional şəkildə qarşılayıblar: Sosial mediada “Sinifdəki o səssiz, ‘botanik’ oğlana bənzəyir”, “Başa düşürəm, müqavilədir, amma mən depressiyadayam” kimi rəylər yazılıb.