Əməkdar artistin qızının xəstəliyi var imiş

Əməkdar artistin qızının xəstəliyi var imiş

Əməkdar artist Nigar Şabanova qızının səhhətində problem olduğunu açıqlayıb.

OLAY yazır ki, sənətçi  bu barədə instaqramda paylaşım edib. 

Övladının ad günü olduğunu yazan xanəndə “Nəfisəm, böyük qız olasan. Şanslı, talehli, ağıllı, savadlı, imanlı xanımlardan olasan. Səni sevirəm. Allah bir möcüzə etsin. Sənə şəfa versin. Xəstəliyin yalan olsun. Səni sağlamlığına qovuşdursun”, - deyə, bildirib.