Səhnəyə çıxmamasına aydınlıq gətirdi - yenə tənqid olundu

Səhnəyə çıxmamasına aydınlıq gətirdi - yenə tənqid olundu

Müğənni Melike Şahin "Altın kelebek" mükafatlandırma gecəsində müəllimlər üçün təşkil olunan konsertdə çıxış etməməsinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 3 saat keçməsinə baxmayaraq səhnəyə çıxmayıb konsertdən imtina etməsini belə izah edib:

"Şirkətim bununla bağlı açıqlama yaydı. İşimiz kimisə inandırmaq deyil. Sadəcə ora gələn insanalara çox ayıb oldu. Mənimlə əlaqəsi olmayan bir səbəbdir. Pis oldum. Bunlar keçici incimələrdir, zamanla həll olunacaq".

Melikenin açıqlaması sosial media izləyicilərinin qəzəbinə səbəb olub və onun bu mövzuda belə rahat, gülərək açıqlama verməsini tənqid ediblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun