“Buna görə bütün dar geyimlərimi evdən yığışdırdım”

“Buna görə bütün dar geyimlərimi evdən yığışdırdım”

Müğənni Şəbnəm Tovuzlu bir neçə gün əvvəl Naxçıvandakı konsertində geyindiyi geyimindən söz açıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində tənqidlərə cavab verib. 

Sənətçi bu geyimi məcburiyyətdən geyindiyini bildirib: 

  • Şəbnəm Tovuzlunun səhnə geyimi gündəm oldu - VİDEO

"Bu geyimin müəllifi məni vizaj edən makiyaj ustasıdır. O, geyimi fanatlıq etdiyi Xalq artisti Röya Ayxandan götürüb. Mənim heç xəbərim belə olmadan tikilməsi üçün yerli atelyelərin birinə verib. Sadəcə üstünü... O geyimin altı isə bizim ikimizin fikri olub. Konsertdə bir neçə mahnı oxuyandan sonra əynimi dəyişib qırmızı rəngdə libas geyinməliydim. Onu tələm-tələsik geyinərkən zəncirləri qırıldı. Mənə dedilər ki, daha əvvəlki geyimlə səhnəyə çıxa bilmərsən.

İnanın ki, o qara "kombinezon"u məcburiyyətdən əynimə geyindim. Onu əynimə geyindiyim üçün çox peşmanam. Heç sevmədiyim şeylər oldu. Həyatda gözəl görünür, yəni "vulqar" görünmür. Amma efir elədir ki, monitor, işıqlar məni daha da artıq çəkili göstərir. Səni insanlara başqa cür tanıdır. Çoxları bəyənmədi. Mən özüm də bəyənmədim. Məcburiyyət qarşısında geyindim. Çox peşmanam". 
Ş.Tovuzlu bu hadisədən sonra bütün dar geyimləri qarderobundan təmizlədiyini vurğulayıb: 

"Evə gələndən sonra indiyə kimi geyindiyim bütün dar "lasinlər", "top"ikləri, "kombinezoblar"ı yığıb evdə çalışan xanıma dedim ki, kimə istəyirsiniz verin, yandırmaq istəyirsinizsə yandırın. Bir daha məni o libasda heç zaman görməyəcəksiniz. Necə xanım kimi geyinirdimsə bundan sonra da elə geyinəcəyəm. Çünki özümü orada heç sevmədim". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun