Müğənni Natavan Həbibi keçmişdə qalmaqal yaşadığı Xalq artisti Aygün Kazımova haqqında danışıb.
OLAY yazır ki, ifaçı “Qonaqcanlı” verilişində “Aranızdakı soyuq küləklər səngidi” sualını cavablandıraraq, uzun zamandır görüşmədiklərini deyib.
“Bu qədər illərdən sonra o söhbətlər unudulmayıbsa, mən bilmirəm. Bir neçə dəfə görüşmüşdük. Çoxdandır heç kimlə görüşmürəm deyə, Aygün Kazımovanı da çoxdandır görməmişəm. Mənim üçün o söhbətlər o qədər unudulub ki, artıq qəribə gəlir. O mövzular ümumiyyətlə niyə olub. Düşünürəm, o söhbətlər çox lazımsız idi, çox dərinliyə getmişdilər. Ona görə də nə qədər uzaq olsa, o qədər yaxşıdır. Mənə maraqlı deyil keçmişdə olan söz-söhbətlər. Münasibət səmimi, dürüst olmalıdır. Oyunlar bitməlidir, bitməyibsə, mən də bitirmərəm”, - deyə, o, söyləyib.