Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)

Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)
Xalq artistinin əlini öpmək istədi, az qala yıxılacaqdı - (Video)

Xalq artisti Könül Xasıyevanın iştirak etdiyi məclisdən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, məclisdə çıxış edən xanəndə mahnı ifa etdiyi zaman qonaqlardan biri sənətçiyə ehtiram əlaməti olaraq onun əlini öpmək istəyib.

Lakin həmin an müvazinətini itirən qonaq yıxılmaq təhlükəsi ilə üzləşib. Yaxınlıqdakı şəxslərin müdaxiləsi nəticəsində xoşagəlməz hadisənin qarşısı alınıb.

Məclisdə yaşanan bu anlar kameralara düşərək qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Görüntülər izləyicilər arasında maraq doğurub və müxtəlif rəylərlə müzakirə olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az