Hollivud ulduzları Tom Kruz və Keti Holmsun 20 yaşlı qızı Suri atasının soyadından rəsmi şəkildə imtina edib.
Milli.Az ABŞ KİV-ə istinadən xəbər verir ki, Pensilvaniya ştatının seçici qeydiyyatı sənədlərində Surinin artıq anasının ikinci adı olan "Noelle" soyadından istifadə etdiyi məlum olub.
Qeyd edək ki,Tom Kruz və Keti Holms 2012-ci ildə boşanıblar. Məhkəmənin qərarı ilə Surinin himayəsi anasına verilib.
Məlumata görə, ata və qız son 14 ildə bir dəfə də olsun görüşməyiblər.
Xatırladaq ki, cütlüyün ayrılma səbəbi Tom Kruzun illərdir üzvü olduğu Sayentologiya Kilsəsinin qaydaları ilə əlaqələndirilir.
İddialara əsasən, aktyor təşkilatdan ayrılan keçmiş həyat yoldaşı və qızı ilə əlaqəni kəsib.
Həmçinin qeyd edək ki, hollivud ulduzu Sayentologiya Kilsəsinə hələ də üzv olduğu üçün keçmiş həyat yoldaşı Nikol Kidman ilə övladlığa götürdüyü Bella və Konnorla münasibətlərinin isə davam etdiyi bildirilir./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















