Türkiyəli məşhur aktrisa Farah Zeynep Abdulahın səhhətində problemlər yaranıb.
Milli.Az showbaku-ya istinadən xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında yazıb.
O, artıq 4 gündür yemək yeyə bilmədiyini açıqlayıb:
"Boynumda disk yırtığı var, qalxanabənzər vəzim işləmir, Haşimoto xəstəliyim (qalxanabənzər vəzin autoimmun xəstəliklər qrupuna aiddir - red.) və beynimdə zədə var. 4 gündür heç nə çeynəyə bilmirəm. Yemək yemirəm. Maye ilə qidalanıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun