“AzTV-də ayağımızı ayağımızın üstünə aşırıb...” - VİDEO

“AzTV-də ayağımızı ayağımızın üstünə aşırıb...” - VİDEO

"O zamanlar AzTV-nin çərçivələri vardı. Mən də o çərçivənin içində idim. Xəbər oxuyanda bir telim belə üzümə düşə bilməzdi. Geyimlərimiz daha mühafizəkar idi. Biz verilişdə oturanda ayağımızı ayağımızın üstünə qoya bilməzdik. Əslində qadın ayağını ayağının üstə aşırdaraq otura bilər. Amma biz belə otura bilməzdik. Çox çəkinərdik". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist, Azərbaycan Televiziyasının keçmiş diktoru Nailə İslamzadə qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

N.İslamzadə illər əvvəl çalışdığı AzTV-dəki qadağalardan söz açıb:

"Mən daha az çıxırdım küçəyə, daha az gəzirdim. İdmanla məşğul olmurdum. AzTV-dən çıxandan sonra mən dəyişdim. Daha çox gəzməyə başladım. Gəzə-gəzə işlərimi görürəm. O vaxtlar isə yalnız avtomobil ilə gedib-gəlirdim. O zamanlar belə idi... İndi isə daha sərbəstəm və özümü daha yaxşı, rahat hiss edirəm. Birmənalı olaraq özümü daha çox sevirəm. Bəlkə də bu yaş və təcrübə ilə əlaqəlidir. Özünü sevib, harmoniyada olmaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun