Məşhur türk aktyor Kerem Bürsin qatıldığı dəvətlərin birində jurnalistlərin suallarını cavablandırıb.
OLAY yazır ki, gecədə keçmiş sevgilisi Serenay Sarıkaya və aktrisanın Keremdən öncəki sevgilisi Çağatay Ulusoy barədə danışıb:
“Serenay möhtəşəm insandır. Ondan ötrü ürəyim gedir. Gözəl dostluğumuz var. Onu çox sevirəm. Nə zaman qarşılaşsaq, salamlaşırıq, qucaqlaşırıq. Çağatayla da ilk dəfə tanış oldum, o da çox şirin bir insandır”.
Qeyd edək ki, Serenay və Çağatay “Medcezir” serialında birlikdə rol aldıqdan sonra sevgili olmuşdular. Cütlük ayrıldıqdan sonra aktrisa Kerem Bürsinlə uzun müddət eşq yaşamışdı.