"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)

"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)
"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)

"Taxt Oyunları" və "Doktor Kim" seriallarının aktyoru Tom Çedbon vəfat edib.

Milli.Az xəbər verir ki, britaniyalı aktyorun vəfatı onunla əməkdaşlıq edən Phantom Events şirkəti tərəfindən təsdiqlənib.

Şirkət açıqlamasında Tom Çedbonun ötən həftəsonu dünyasını dəyişdiyini bildirərək ailəsinə başsağlığı verib.

Tom Çedbon televiziya və kino sahəsində uzunmüddətli fəaliyyəti ilə tanınırdı. O, "Casino Royale" filmində rol alıb, həmçinin "Game of Thrones" və "Doctor Who" seriallarındakı obrazları ilə tamaşaçıların yaddaşında qalıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

"Taxt Oyunları"nın aktyoru vəfat etdi - (Foto)
Mənbə: news.milli.az