"Onlardan daha pis çıxış edənlər..." - VİDEO

"Onlardan daha pis çıxış edənlər..." - VİDEO

Müğənni Lətifə Soyuöz "Avroviziya 2024"də ölkəmizi təmsil edən Fahree və İlkin Dövlətovu müdafiə edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi finala keçə bilməyən təmsilçilərimizi tənqid edənlərə səslənib. 

"Avroviziya" haqda o qədər neqativ fikirlər deyilir ki... Bu da məni üzdü. Birincisi, təmsilçilərimizin çıxışı Azərbaycan dilində idi. Çox gözəl performans göstərdilər. Bunu peşəkar bir musiqiçi kimi deyirəm. Əllərindən nə gəldisə, etdilər. Müəyyən məqamlar, məsələlər var... Onlardan daha pis çıxış edənlər və zəif musiqilər oldu ki, finala keçdilər. Ona görə də, sənət hər zaman qalib gəlmir, buna görə çox üzülürəm" deyə, Lətifə bildirib. 

Qeyd edək ki, Fahree və İ.Dövlətov Azərbaycanı yarışmada "Özünlə apar" mahnısı ilə təmsil ediblər. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun