"Bəzən özüm yalandan şayiə yayıram ki, evlənirəm. Tez-tez soruşurlar, bezirəm. Deyirəm ki, oktyabr yaxşıdır, evlənəcəyəm, vaxt uyğunlaşdıra bilmirik... Birinə deyirəm ki, ev təmirinin bitməsini gözləyirəm".
- "Xəstəxanaya düşəndə sevindim ki, evli deyiləm" - VİDEO
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov "Söhbət var" proqramında deyib. Sənətçi ailə qurmaması ilə bağlı suallardan yorulduğunu bildirib.
Elcan proqramın aparıcısı, Əməkdar artist Dilarə Əliyevanın "Vaxtında evə gəlmək problemi var. Ürəyi istəyəndə təyyarəyə minir başqa ölkəyə gedir. Kefi belə istəyir. Elcan dözə bilməz ki, kimsə yaza hardasan" sözlərinə belə cavab verib:
"Anam məni başa düşür. 1 saniyəlik səs yazır, hardasan? Zəng də vurmaz. Deyir ki, oxuyar, ya da cavab verməz. Otur evdə çörəyini gözlə də. Həftədə bir dəfə də gəzməyi yerində olacaq. 6 gün işləyirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun