"Behzat Ç" saxlanıldı

"Behzat Ç" saxlanıldı
"Behzat Ç" saxlanıldı

Ankarada Etimesgut Bələdiyyəsi ilə bağlı aparılan rüşvət istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bu səhər Etimesgut Bələdiyyəsində əməliyyat həyata keçirilib. Əməliyyat zamanı Etimesgut Bələdiyyəsinin sədri, aktyor kimi də tanınan Erdal Beşikçioğlu saxlanılıb. Onunla yanaşı, çoxsaylı bələdiyyə əməkdaşı barəsində də saxlanılma qərarı verilib.

İstintaq çərçivəsində bələdiyyə binasında və müəyyən edilmiş digər ünvanlarda axtarışlar aparılıb. Həmçinin bəzi bələdiyyə əməkdaşlarının evlərində də axtarış keçirildiyi bildirilib.

Qeyd edək ki, Erdal Beşikçioğlu Türkiyədə yayımlanan məşhur "Behzat Ç." serialında baş rol aktyoru kimi tanınır.

Hazırda istintaq tədbirləri davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Mənbə: news.milli.az