Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər

Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər

Yəqin ki, Azərbaycan estrada sənətində Aygün Kazımovanın rolunu başqa heç kim oynaya bilməzdi. O, öz cəsarəti ilə yeni bir yol açdı və arxasınca gələnlər də ulduz oldular, lakin heç kim 36 illik sənət yolunda onun şöhrətinə kölgə sala bilmir.

Milli.Az lent.az-a istinadən şou-biznesin sərhədlərini aşan, səhnə performansı, davranışları, yaradıcılığı ilə özünə nömrə bir dedirtməyi bacaran Xalq artisti Aygün Kazımovadan bəhs edir.

- Aygün Kazımova haralıdır, o nə zaman, harada anadan olub?

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakının Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası, Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı, Zəngibasar rayonunun Seyidlər kəndindəndir. Ailənin dördüncü - sonuncu övladıdır.

- Aygün Kazımova harada təhsil alıb?
Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə gedib. 8-ci sinifdə oxuyarkən atasını itirib. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman, Ozan qrupunun solisti olaraq çıxıb.
9-cu sinfi bitirib orta məktəbdən uzaqlaşıb. 1986-cı ildə Mədəni Maarif texnikumuna daxil olub və bu təhsilini də yarımçıq saxlayıb. 

- Aygün Kazımova nə zamandan səhnədədir?

1988-ci ildən peşəkar səhnəyə addım atıb.

- Aygün Kazımova ilk dəfə nə zaman ailə qurub?

18 yaşı tamam olan kimi, 1989-cu ilin 24 dekabrında gənclik sevgisi - keçmiş həyat yoldaşı İlqar İbrahimova qoşulub qaçıb. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib.
Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılıb. Buna əsas səbəb isə, özünün dediyinə görə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub. Onun ilk həyat yoldaşı məhkumluq həyatı da yaşayıb.

- Aygün Kazımova ikinci dəfə ailə qurub?

1998-ci ildə parlamentin sabiq spikeri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Bakıda hava limanında həbs olunarkən Xalq artisti Aygün Kazımova gözü yaşlı şəkildə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi.

- Aygün Kazımovanın neçə sevgilisi olub?

Aygün Kazımova eks energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşayıb. 2002-ci ildə Türkiyə mətbuatında, xüsusilə Hürriyət qəzetində Aygün Kazımova və "Best Model Of the Turkey" yarışmasının finalisti Mert Kılıçın eşq macərası yaşadığı ilə bağlı silsilə məqalələr dərc olunmuşdu.
2004-2011-ci illərdə Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə qeyri rəsmi ailə həyatı qurub. Namiq Qaraçuxurlunun keçmiş həyat yoldaşı Solmaz Şükürova bu münasibət haqqında belə demişdi:
"Əslində Aygün Kazımovanın həyatı haqqında bunca qalmaqallı xəbərlərin yayılması onun səmimiyyətindən, cəsarətindən irəli gəlir. Lakin onun məşhurluğu və daim bir nömrə kimi qalmasının səbəbi isə təbii ki, bu qalmaqallar deyil. O, bunu peşəkar səhnəyə ilk dəfə çıxdığı gündən - 1988-ci ildəki "Bakı Payızı" yarışmasından sübut edib" .

Aygün Kazımova illər öncə Kamran Həsənlinin apardığı bir şou proqramda həyatında həddən çox kişi olduğunu demişdi. O zaman hələ "Diva" titulunu almamış şıltaq Aygünün bunu məşhurlaşmaq xatirənə dediyi düşünülür.

- Aygün Kazımovanın psixi pozuntusu var?

Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyini ilk dəfə 2015-ci ildə etiraf edib. Qeyd edək ki, bu xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştah) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daş kömür, daş yeyirlər.

- Aygün Kazımova müharibə iştirakçısı olub?

Aygün Kazımova I Qarabağ müharibəsində döyüşçü kimi iştirak edib. O körpə balasını anasına əmanət edərək, könüllü döyüş bölgəsinə yollanıb.

- Aygün Kazımova neçə dəfə plastik əməliyyat etdirib?

Azərbaycana plastik əməliyyatları dəbə çevirən müğənni də Aygün Kazımovadır. O dəfələrlə sinəsinin, burnunun, dodaqlarının formasını dəyişdirib, özünü arıqlatmaq üçün bıçaq altına yatıb. Müsahibələrinin birində Xalq artisti belə deyib: "Hər plastik əməliyyat mənim üçün böyük təhlükə, riskdir. Keçirdiyim plastik əməliyyatların sayını itirmişəm. Döşlərimi əvvəlcə böyütdüm, sonra da kiçiltdim. Burnumda da əməliyyat etdirmişəm. Vaxtilə həndbolla məşğul idim. Oyun zamanı dəfələrlə burnumu topun zərbəsi ilə zədələmişdim. Bundan başqa, dəfələrlə liposaksiya əməliyyatı da keçirmişəm".

Son dəfə etdirdiyi gəncləşmə əməliyyatı Kazımovanın ən uğurlu əməliyyatı sayıla bilər. Dəfələrlə imicini təzələyən müğənni efirə hər dəfə yeni bir obrazda çıxmağa adət edib.
- Aygün Kazımovanın səhnə uğurlarında kimlərin rolu olub?

Aygün Kazımova Vaqif Gərayzadənin bəstələdiyi "Yarım eşitsin məni" mahnısı ilə ilk qran-pri mükafatını qazanıb. Bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olub. Cavanşir Quliyev Aygünün püxtələşməsində böyük rol oynayıb.

- Aygün Kazımova niyə efirlərdə az görünür?

Son vaxtlar efirdə tez-tez görünməyən müğənni öz sənət fəaliyyətində dəyişiklik edib. Əvvəllər hər gün ekranlarda olan müğənni artıq geri çəkilərək, özünə bir əlçatmazlıq imici yaradıb. Son illər mətbuata açıqlama və müsahibə vermir. Aygün tamaşaçı ilə bütün sərhədləri qıran, lazım olanda gəlib onun dizinin üstündə oturan, lazım olanda onun başını sinəsinə sıxan komplekssiz bir müğənnidir. Onun səhnə şoularını heç kim təkrarlaya bilmir. Mütəxəssislərin fikrincə onun komplekssiz davranışları ölkə şou-biznesini xeyli irəli aparıb.

Aygün Kazımova Azərbaycan səhnəsində elə cəsarətli, riskli addımlar atıb ki, bu addımı heç illərlə Qərb səhnələrində üfüqlər dağıdan məşhur müğənnilər belə bacarmamışdı.

- Aygün Kazımovanın həyatında müxtəlif vaxtlarda fərqli rollar oynamış kişilər kimdir? 

Aygünü gənc yaşında kəşf edib xalqa təqdim edən məhz Cavanşir Quliyev olub. Cavanşir müəllim deyir ki, "Aygün mənim ən gözəl əsərimdir".

İlqar İbrahimov. Aygün xanımın rəsmi nikahda olduğu ilk kişi. Onların bu izdivacdan İlqarə adlı qızları dünyaya gəlib.

Rza Quliyev. 90-cı illərin sonlarında Aygün Kazımaova ilə Rzanın sevgisindən hər kəs danışırdı.

Namiq Qaraçuxurlu. Aygün xanım onunla 7 il ər-arvad kimi yaşadığını deyib.

Fərhad Əliyev. Keçmiş Energetika naziri Natiq Əliyevin oğlu olan Fərhadla Aygünün çox yaxın münasibəti olub. Xalq artisti bu münasibətin Fərhadın ikinci evliliyinə qədər davam etdiyini söyləyib.

Snup Doq. Dünya şöhrətli repçi Snup Doqla olan layihəsindən ötrü Aygün xanım bıçaq altına girib, evini satıb və bu dueti ən böyük uğursuzluğu hesab edir. 

Rasim Məmmədov. Hazırda həbsdə olan iş adamı ən son dəfə Xalq artistinə Bakının mərkəzində bahalı mənzil bağışlaması ilə gündəmə gəlmişdi.

- Aygün Kazımova toylara gedir?

Aygün Kazımova toylarda ən gözəl şou sərgiləyən müğənnidir.

- Aygün Kazımovanın toy qonorarı nə qədərdir?

O toyları idarə etmək üçün özü üçün (ansamblın qonorarı ayrıdır)  ən az 8 min manat tələb edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun