“Özümü orada ilk dəfə aktyor kimi hiss etdim”

“Özümü orada ilk dəfə aktyor kimi hiss etdim”

Aktyor Cavidan Novruz Moskvada çəkildiyi serialdan danışıb.

OLAY yazır ki, o, ekran işindəki obrazı haqda məlumat verib. Bu barədə Novruz “Xəzər axşamı” verilişində söz açıb.

“Çəkilişlərin əksəriyyəti Moskvadadır. Hadisələr Türkiyə və Moskva arasındadır. Baş rollardan biriyəm. Azərbaycandan dəyərli aktyorlarımızdan Kamran Ağabalayev də var. Hadisələri 1950-ci illərdən bəhs edir. Çox amansız və qəddar obrazdır, adı Ömərdir”, - deyə, o, söyləyib.

Cavidan həmçinin, Moskvada çəkilişlər zamanı ona yaradılan şəraitdən bəhs edib: 

“Azərbaycanda da hər şey gözəldir, mən bir söz demirəm. Amma oradakı sistem var ki, heç olmasa, yaxın 5 ildə Azərbaycana arzu edirəm. Məndən heç kim inciməsin, özümü orada ilk dəfə aktyor kimi hiss etdim. O qədər dəyər verilir. Həm qonorar, həm də aktyorun çəkiliş prosesində düşdüyü vəziyyət var ki, ayrıca karavan, dəyişmə otağı, ayrıca 4-5 nəfər işçinin sənin üzərində çalışmağı. Bizdə çəkilişə çağıranda deyirlər ki, qaqa, ən yaxşı paltarlarından birini gətir, seçək, ən yaxşı hansıdırsa, onu çəkək. Öz maşınınla gəl, maşınını çəkək, özünlə dönər al, gətir. Onlar hamısı düzələcək”.