Türkiyəli aparıcı Ece Erken haqqında yayılan eşq iddialarına münasibət bildirib.
Milli.Az xəbər verir ki, onun evli iş adamı ilə gizli münasibətdə olduğu iddiaları Türkiyə maqazinində gündəm olub. Məsələ ilə bağlı açıqlama yayan Ece Erken xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Həyatımda yalnız bir dəfə səhv etmişəm. O da saxta sənədlərlə aldadıldığıma görə olub. Bundan başqa, 11 yaşlı övladım ola-ola belə bir yanlış etməyim mümkün deyil" deyə, aparıcı vurğulayıb.
Erken yay tətilində birlikdə görüntüləndiyi şəxsin heç vaxt evlənmədiyini qeyd edən aparıcı haqqında yazılanların böhtan olduğunu söyləyib:
"Heç vaxt evlənməmiş bir insanı evli kimi təqdim etmək jurnalistika deyil, açıq-aşkar böhtandır. Dostumun olması niyə kimlərisə bu qədər narahat edir? Mənim haqqımda yalan və böhtan xarakterli hər sözə görə məhkəməyə müraciət edəcəyəm. Mənim səviyyəm polemika yox, hüquqdur"./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















