Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu

Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu
Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu

Aparıcı Lamiyə Ələkbərova gələcək gəlinlərindən gözləntilərini açıqlayıb.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə "Günorta efirdəyik" verilişində danışıb.

"Hər zaman deyirəm ki, qarşıma xaraktercə özüm kimi gəlin çıxsın, başqasını istəmirəm. Qaynanaya qarşı ürəyi necədirsə, mənə qarşı da elə olsun. Bundan gözəl heç nə ola bilməz. Ana və atamız hamımız üçün çox əziz və əvəzolunmazdır. Amma qaynana və qaynataya da böyük hörmət qoymalıyıq.

Sabah oğullarım evlənib gəlin gətirəndə onlardan nə istəyə bilərəm ki? Bir gülər üz, bir şirin söz. Qabağıma bir fincan çay qoysa, gülə-gülə içəcəyəm. Qoymasa da deyəcəyəm ki, oğluma yaxşı baxs. Oğul anaları gəlindən başqa nə istəyir ki?".

Qeyd edək ki, aparıcının iki oğul övladı var./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az