Hollivud aktyoru Bred Pittin sevgilisi İnes de Ramon paparassilərin obyektivinə tuş gəlib.
Milli.Az xəbər verir ki, İnes de Ramon rəfiqəsi ilə birlikdə Qərbi Hollivudda Melrouz prospektində alış-veriş edərkən görüntülənib.
Paparassilərin lentə aldığı kadrlarda onun mağazaları gəzdiyi və bir neçə alış-veriş etdiyi əks olunub.
İnes həmin gün 2000-ci illərin dəbinə uyğun obraz seçib. O, zolaqlı top, ağ geniş balaqlı şalvar və bej rəngli ayaqqabı ilə görüntülənib. Görünüşünü "Hermès" brendinə məxsus kiçik mərcan rəngli çanta tamamlayıb.
Qeyd edək ki, Bred Pitt və İnes de Ramon ilk dəfə 2022-ci ildə birlikdə görüntüləniblər. Cütlüyün 2024-cü ildən birlikdə yaşadığı bildirilsə də, onların nişan və evlilik planları ilə bağlı tələsmədiyi qeyd olunur.
Xatırladaq ki, Bred Pitt daha əvvəl aktrisa Ancelina Coli ilə evli olub. Onların boşanma prosesi uzun müddət müzakirə mövzusu olub./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)


















