Elmi-fantastik janrda olan "Sığınacaq" serialının dördüncü və final mövsümü 2027-ci ilin yayında yayımlanacaq.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bunu serialın yaradıcı rəhbəri Qrem Yost açıqlayıb. Layihənin dəqiq premyera tarixi isə hələ bəlli deyil.
Dördüncü mövsümdə "Cülyetta Nikols" obrazı ilə Rebekka Ferqyuson yenidən ekrana qayıdacaq. Aktyor heyətinin tam tərkibi isə daha sonra açıqlanacaq.
Qeyd edək ki, "Sığınacaq" serialı 2023-cü ilin mayında "Apple TV" paltformasında yayımlanıb. Ekran işi yeraltı sığınacaqda yaşayan son 10 min insandan bəhs edir. Onların heç biri sığınacaqların nə vaxt və nə üçün tikildiyini bilmir və bunu öyrənməyə çalışanlar ölümcül nəticələrlə üzləşirlər./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

















