Məşhur türkiyəli aktrisa, son zamanlar çox izlənilən "Kızılcık şerbeti" serialında "Alev" obrazını canlandıran Müjde Uzman xəstəxanaya yerləşdirilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, aktrisa "Instagram" hesabında xəstəxana otağından çəkilmiş fotolarını paylaşıb və tükənmişlik sindromu yaşadığını deyib.
"Həyatımda ilk dəfə tükəndim", - deyə Müjde Uzman qeyd edib.
"Çox ağrılarım var, heç yatmıram. Astma çox pis bir şeydir. Eyni zamanda bir neçə xəstəliyi birdən yaşadığım üçün hamısının müalicəsi və təsirləri çox çətindir. Olsun, problem deyil. Sabah-birigün özümü yaxşı hiss edərəm, məni haradasa görərsiniz. "Nə qədər enerjilidir" deyərsiniz. Amma bu gün beləyəm", - deyə aktrisa əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun