Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Sheyh Ree (Şəhriyar Ramazanzadə) türk mətbuatına açıqlama verib.
OLAY yazır ki, məkanların birindən çıxarkən görüntülənən sənətçi jurnalistlərin suallarını cavablandırıb. O, bir neçə gün öncə təqdim etdiyi “Empati” mahnısından danışıb:
“Uzun müddətdir bu layihənin üzərində çalışırıq. Dostlarımızın məkanının açılışını qeyd etmək üçün bir araya gəldik. Mən Türkiyədə bir çox sənətçi ilə çalışdım, həmişə onlar üçün mahnılar yazdım.
İş birliyi edərkən onlarla empatiya qurdum. Sonra da özümlə empatiya qurmağı öyrəndim. Bu dəfə fərqli mədəniyyətlərin birgə üzə çıxardığı musiqini göstərmək istəyirəm. Azərbaycan-Türkiyə melodiyalarına Afrika enerjisini gətirib mahnı hazırladıq. İnsanların bəyənəcəyini ümid edirik. Yeni layihələr mütləq gələcək. Yazmağa davam edirəm”.
Qeyd edək ki, Şəhriyar Xatirə İslamın “Kəndinə qayıdır Xan”, Hadisenin “Feryat” hitlərinin müəllifidir. Bundan başqa o, Berkay və Dilan Çıtak kimi türk sənətçilərlə çalışıb.
Onu da xatırladaq ki, Sheyh Ree “O ses Türkiye rap”in iştirakçısı olub.