Maraqla gözlənilən “44” filminin treyleri yayımlanıb.
OLAY yazır ki, Vətən müharibəsinə həsr olunan ekran işindən ilk kadrları Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov paylaşıb.
Qeyd edək ki, “44” Bakı Media Mərkəzinin layihəsidir. Filmin yaradıcı heyətinə İbrahim Çingiz, Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli və Özge Gürel kimi simalar daxildir.
Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.
Mənbə:
olay.az
















