"Elə qız yaxşıdır. Zeynəb həm xasiyyətdə, həm də simada mənə bənzəyir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov "Qonaqcanlı" proqramında deyib. Sənətçi qızlarından danışaraq, üçüncü dəfə ata olacağını deyib. Emil bildirib ki, üçüncü övladı da qızdır.
"İnsan Allahı tanıyırsa, onun üçün birinci ailə, sonra digər işlərdir. Ailəsinə vaxt tapmayan adamın özündə nəsə problemi var" deyə, Emil əlavə edib.
Sənətçi bildirib ki, bu günlərdə dünyaya gələcək qızına cahan adını qoyacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun