Aparıcı Vüsalə Əlizadə başına gələn maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, bu barədə instaqramda video paylaşan Vüsalə qızı Diləyin məktəb ödənişi üçün getdiyi məkanda yaşadığı hadisədən danışıb:
“Növbəti tədris ili üçün yarımillik ödənişini etməliyəm. İlin sonundan yarı ödəniş edilməlidir. Bu, həm çətindir, həm də məsuliyyətli. Övladınız təhsil alırsa, mütləq bu işlər nəzarətdə olmalıdır, hazırlıqlı olmalısınız. Burada gözləyiridm. Bir bəy yaxınlaşdı. Dedi ki, uşaq oxudur, övladı tələbədir. Çox ehtiyacı var. Maşın üçün balaca bir aksesuar almağımı xahiş etdi. İçərisində Quran yazılı kitabca var. O məbləğini dedi ki, bunu üç manata alıb. Satmaq üçün bir məbləğ qoymadığı üçün vasitəçi oldum. Köməklik etdim. Bunu da bir aksesuar olaraq aldım. Mən övladım üçün gəldim, bir atanın övladını oxutmağına köməyim dəydisə, nə xoş mənə. Bəlkə də Allah bu gün məni bura vasitəçi göndərdi. Sizə təmiz niyyətlə açılmış əli imkan daxilində boş buraxmayın. Hələ də bu, təhsil və uğurlu gələcək üçündürsə”.