Rusiyanın "Birinci" kanalın ulduzları İvan Urqant və Vladimir Pozner artıq iki ildir ki, efirdən kənarda qalıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, teleaparıcılar Avropada işləmək üçün Rusiyanı tərk etmək qərarına gəliblər.
Onlara İsveçrə, Niderland və Almaniyaya qastrol səfəri təklif olunub. May və iyun aylarında onlar Sürix, Amsterdam, Berlin və Frankfurt-Mayndə konsert verəcəklər.
Aparıcılar "Pozner və Urqantın səyahətləri" proqramı ilə Avropa səhnələrində çıxış edəcəklər. Onların konsertlərinin biletləri artıq Avropa saytlarında satışa çıxarılıb. Amsterdamdakı tamaşaya görə 59 avrodan 300 avroya qədər pul ödəməli olacaqlar. Sürix (İsveçrə) və Almaniyada biletlərin qiyməti təxminən eynidir - 49 avrodan 249 avroya qədər.
İvan şair, yazıçı, dramaturq, bədii nəğmə janrının banilərindən olan Bulat Okudjavanın yubiley konserti ətrafında yaranan qalmaqaldan dərhal sonra Gürcüstana gedib.
Teleaparıcının Çaykovski adına konsert zalında məşhur bardın anadan olmasının 100 illiyi şərəfinə təşkil olunan yaradıcılıq gecəsində çıxış edəcəyi güman edilib. Urqant "Belarus vağzalı" filmində nənəsi, sovet aktrisası Nina Urqantın ifa etdiyi "Bizə bir qələbə lazımdır" mahnısını oxuyacaqdı. Lakin onun adı konsertin afişasında olub. Son anda isə İvanın çıxışı ləğv edilib.
Qeyd edək ki, teleaparıcı 2022-ci ildən bəri federal televiziya kanallarının ekranlarında görünmür. "Axşam Urqantla" əyləncə şousunun çəkilişləri dayandırıldıqdan sonra gözlərdən itib.
İvanın Rusiyadan mühacirət etdiyi barədə şayiələr olsa da şoumen onları qətiyyətlə təkzib edib. O, yenidən televiziya işinə nə vaxt qayıdacağı sualını cavabsız qoyub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun