Türk istehsalı “Kızılcık Şerbeti” serialında “Nilay” obrazını canlandıran Feyza Civelekin yeni mövsümdə aktyor heyətində yer almayacağı dəqiqləşib.
OLAY yazır ki, narkotik testinin müsbət nəticə verməsindən sonra dörd mövsümdür əsas heyətdə yer aldığı serialın beşinci mövsümündə çəkilməyəcəyi təsdiqlənən Feyza Civelek ayrılıq qərarının ictimaiyyətə açıqlanmasının ardından İnstaqram hesabını bağlayıb.
Aktrisanın sosial media profilinə daxil olmaq istəyən istifadəçilər hesabın bağlandığı barədə xəbərdarlıq mesajı ilə qarşılaşıblar.
Mənbə:
olay.az

















