Xalq artisti Flora Kərimovanın ailəsində xoş gün olub.
OLAY yazır ki, sənətçinin nəvəsi ailə qurub. Bu barədə Kərimova instaqram hesabında məlumat yayıb:
“Oğlum, qürurum, şərəfim Oqtay… Sevincini, arzunu, ürəyini bilirəm, oğul. Sevincinə sənin qədər sevinirəm. Dualarımla hər zaman yanındayam. Nəvəm Faiq! Bu gün sən təkcə ömür yolunda yeni bir səhifə açmır, həm də adını daşıdığın babanın xatirəsinə layiq bir ocaq qurursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı, taleyiniz isə xeyir-dualar qədər saf olsun. Bir-birinizə hər zaman dayaq, sirdaş və əsl həyat yoldaşı olasınız. Öpürəm səni, Faiqim! Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram”.
Mənbə:
olay.az

















