Ece Erken “TV8”dən qovulub?

Ece Erken “TV8”dən qovulub?
Ece Erken “TV8”dən qovulub?

“TV8”-in yeni mövsüm üçün hazırladığı “Gel Konuşalım” verilişinin tanıtımında Ece Erkenin yer almaması onun proqramdan ayrıldığı və ya işdən çıxarıldığı barədə iddialara səbəb olub.

OLAY yazır ki, məşhur aparıcı isə sosial media hesabında paylaşım edərək bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, “TV8”in yeni mövsüm təqdimatında “Gel Konuşalım” verilişinin Hakan Hatipoğlu və Hanzade Durmuşun aparıcılığı ilə efirə qayıdacağı elan olunub.

Afişada uzun müddətdir proqramın aparıcıları olan Ece Erken və Nur Tuğba Namlının yer almaması isə sosial mediada geniş müzakirələrə səbəb olub.

Ece Erken “TV8”dən qovulub?
Ece Erken “TV8”dən qovulub?
Mənbə: olay.az