Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)

Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)

Ankarada Etimesgut Bələdiyyəsinə qarşı aparılan korrupsiya araşdırması çərçivəsində həbs edilən bələdiyyə sədri, aktyor Erdal Beşikçioğlunun Konya Qapalı Həbsxanasına köçürüldüyü anlara dair görüntülər ortaya çıxıb. 

Milli.Az xəbər verir ki, Beşikçioğlu cinayət məqsədilə təşkilat yaratmaq və idarə etmək, mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderə qanun qarışdırmaq daxil olmaqla 7 ayrı ittihamla həbs olunub. Əməliyyat çərçivəsində ümumilikdə 40 şübhəli həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti şərtləri tətbiq olunub.

Köçürülmə əməliyyatı üçün istifadə edilən avtomobilin ön oturacağında əyləşən Beşikçioğlunun çətin dindirilmə və məhkəmə prosesindən sonra olduqca yorğun olduğu müşahidə edilib.

Beşikçioğluna yönəldilən ittihamlar aşağıdakılardır:

Cinayət məqsədilə təşkilat yaratmaq və idarə etmək

Təşkilata üzv olmaq

Mənimsəmə

Rüşvət

Vəzifə səlahiyyətlərindən sui-istifadə

Tenderə qanun qarışdırma

Öhdəliyin yerinə yetirilməsinə qanun qarışdırma

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
Mənbə: news.milli.az