Aygün Kazımovadan “GabalaFest”ə sürprizlərlə dolu final

Aygün Kazımovadan “GabalaFest”ə sürprizlərlə dolu final
Aygün Kazımovadan “GabalaFest”ə sürprizlərlə dolu final

Xalq artisti Aygün Kazımova “GabalaFest”in bağlanış mərasimində möhtəşəm şou ilə çıxış edib.

OLAY yazır ki, Pop diva gecəyə son xüsusi aranjimanda hazırlanan hitləri ilə başlayıb. Ard-arda sevilən mahnılarını səsləndirən ölkənin əsas ulduzu tamaşaçıların alqışları və sevgi dolu reaksiyaları ilə unudulmaz anlar yaşadıb.

Səhnə performansı və xüsusi hazırlanan rəqsləri ilə də diqqət çəkən Aygün Kazımova gecə ərzində sürprizə də imza atıb. Pop diva səhnədə məşhur britaniyalı müğənni Fredrik Ferrierlə duet oxuyub. Onlar birlikdə musiqisi Kamal, sözləri Baba Vəziroğluna məxsus olan və illər əvvəl Aygün Kazımova üçün yazılmış “Nigaranam” mahnısını yeni aranjimanda səsləndiriblər. Kazımova eyni zamanda “Ehtiyacım var”, “Sənsizliyim” mahnısını da yeni aranjimanda təqdim edib.

Mənbə: olay.az