Şahmatçı Şəhriyar Məmmədyarovun qadınlarla bağlı dediyi qalmaqallı fikirlərə daha bir reaksiya ABŞ-də yaşayan keçmiş aparıcı Günel Hümbətovadan gəlib.
Milli.Az metbuat.az-a istinadən bildirir ki, aparıcı sosial media hesabında yazıb:
- "Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?" - VİDEO
"Bacısı bir az "malaladı" söhbəti və daha yaxşı fikrini ifadə etdi. Görünür, hər tərəfli inkişaf etmək qadınlarda daha yaxşı alınır. Həm məişət qayğılarının öhdəsindən gəlmək, həm intellektual olaraq inkişaf etmək həm də karyera qurmaq.
Amma Şəhriyar deyəsən şahmat oynamaqdan başqa bir şey etməyib bu həyatda.. Məsələn, oturub düşünmək və ya araşdırmaq ki, niyə dünyada qadın şahmatçılar az olub? Onlarla empatiya qurub daha müdrik cavab vermək əvəzinə istehza və ələ salan, kiçiltmə tərzində olan gülüşlə "qadınlar guya hansı sahədə güclü olublar ki" deməsi məndə ikrah doğurdu".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun