Müğənni Nadir Qafarzadə Xalq artisti Flora Kərimova ilə bağlı xatirələrini dilə gətirib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda Nadir sənətkarla qonaq olduğu "İncə səhər" verilişində deyib.
N.Qafarzadə illər əvvəl F.Kərimovanın evində ona göstərdiyi nəvazişdən söz açıb:
"Mən xoşbəxt insanam ki, Flora xanımla birgə duet oxumuşam. O, mənə öz əlləri ilə evində yemək verib. Bir dəfə Flora xanımın evindən çıxıb çəkilişə getməli idim. Saçımı isə yumalı idim. Flora xanım mənim saçımı belə yuyub. O, mənə hər zaman ana qayğısı və nəvazişi göstərib. Flora xanım mənə "oğlum" deyirdi. Həyatım boyu inanmazdım ki, gün gələcək onun evinə gedəcəyəm, onunla birgə oturacağam, bişirdiyi yeməyi yeyəcəyəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Şəxsən mənim üçün Flora xanım çox böyük varlıqdır. Çox sağolun ki, varsınız".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun