Dünyaca məşhur avstraliyalı aktrisa Keyt Blanşettin Kann film festivalında geyindiyi libas qalmaqala səbəb olub.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi qırmızı xalçaya "Jean Paul Gaultier х Haider Ackermann"dan olan qara məxmər paltarda çıxıb.
Blanşett geyiminin ətəyini qaldırdıqda al yaşıl rəngdə astarı diqqətdən qaçmayıb. Qırmızı xalçada qara və yaşıl rənglərin ahəngi Fələstin bayrağını xatırladıb.
Aktrisa obrazı ilə bağlı heç bir açıqlama verməyib. Lakin Keytin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi bəllidir: o, Qəzzada atəşkəsin tərəfdarı olan "Artists4Ceasefire" adlı yaradıcı birliyin üzvüdür. Bundan başqa, 2023-cü ilin noyabrında o, Avropa parlamentində Qəzza və silahsız Fələstin əhalisinin müdafiəsinə çıxış etmişdi.
Həmçinin qeyd olunur ki, fələstinyönümlü fəallar K. Blanşettin addımını yüksək qiymətləndirb, israilyönümlülər isə mühakimə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun