Müğənni Xatun Əliyeva sosial media hesabında əsəbiləşdiyi durumları sıralayıb.
OLAY yazır ki, ifaçı bu barədə instaqramın hekayə bölməsində yazıb.
“Həyatda ən çox əsəb olduğum şeylər: Heç nəyə nail olmayan uğursuz biri mənə ağıl verəndə, mənə nə edəcəyimi deyəndə, astagəl, çox şikayət edən, zarafatımı ciddiyə alan, qulaq asma mədəniyyəti olmayan, bir manat xeyir verməyib məndən uman, məni gic yerinə qoyan, hər işə neqativ yanaşan, qaş-qabaqlı insanlar”, - deyə, o, bildirib.