“Mən gey deyiləm”

“Mən gey deyiləm”
“Mən gey deyiləm”

Tanınmış model Kristian Houq İspaniyada yaxtada istirahət edərkən görüntülənmələrindən sonra onunla Pedro Paskal arasında yayılan şayiələrə münasibət bildirib.

OLAY yazır ki, fotolar viral olduqdan sonra müxtəlif şayiələr yayılmağa başlayıb. Bəzi sosial şəbəkə istifadəçiləri modeli “Pedronun sevgilisi” və “Pedronun eskortu” adlandırıblar.

Kristian isə hər iki iddianı yalanlayıb: “Açığı, burada heç kimə heç nə izah etməyə məcbur deyiləm, amma yenə də bunu edəcəyəm. Bir çoxunuz vəziyyəti təhrif edirsiniz və bu, sadəcə olaraq üzücüdür. Mən gey deyiləm və escort da deyiləm. Məni uzun illərdir bu gəmidə dost kimi qəbul ediblər. Buna görə də, həqiqətlə heç bir əlaqəsi olmayan bir nəticəyə insanların bu qədər tez gəlməsini görmək çox məyusedicidir”.

Qeyd edək ki, 51 yaşlı Pedro və 34 yaşlı Kristian digər məşhurlarla birlikdə superyaxtada istirahət edərkən görüntülənmişdilər.

“Mən gey deyiləm”
Mənbə: olay.az