ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp uğursuz nəticə göstərən “Melania” sənədli filmindən sonra özü haqqında serial çəkəcək.
OLAY yazır ki, ABŞ-nin birinci xanımının baş müşaviri Mark Bekman “Real America’s Voice” proqramında bildirib ki, layihə artıq bu payız “Amazon Prime” yayım platformasında təqdim olunacaq. Onun sözlərinə görə, serial bu ilin əvvəlində yayımlanan sənədli filmin davamı olacaq.
Məlumata görə, serial tamaşaçılara Donald Tramp administrasiyasının fəaliyyətinin ilk dövrlərində baş verən hadisələri göstərəcək.
Xatırladaq ki, “Melania” filmi nə tənqidçilər, nə də kommersiya baxımından böyük uğur qazana bilmədi. “Amazon MGM Studios” filmin yayım hüquqlarını almaq və tanıtımına 75 milyon dollar xərcləsə də, ekran əsəri kinoteatrlarda 17 milyon dollardan bir qədər az gəlir əldə edib.
















