“Avroviziya” təmsilçilərimiz Dilarə Kazımova və Samirə Əfəndi arasındakı qalmaqala daha bir reaksiya gəlib.
OLAY yazır ki, bu dəfə yarışmanın qalibi Nigar Camal sosial media hesabında bununla bağlı üstüörtülü paylaşım edib.
O, izləyicilərinə “Sizcə, canavar haqlıdır (Dilarənin “Maska”dakı obrazı – red.), yoxsa quzu (Samirəni nəzərdə tutur – red.)” sualını verib.
Qeyd edək ki, Samirə və Dilarə arasında qalmaqal Nura Surinin yeni klipinin çəkilişi zamanı yaranıb. Kazımovanın Əfəndi haqda işlətdiyi ifadə tərəflər arasında gərginlik yaradıb.