Sonaxanım Əliyeva dərmanlarla arıqladığını açıqladı

Sonaxanım Əliyeva dərmanlarla arıqladığını açıqladı
Sonaxanım Əliyeva dərmanlarla arıqladığını açıqladı

Aktrisa Sonaxanım Əliyeva dərmalarla arıqladığını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə aktrisa "Günorta efirdəyik" verilişində danışıb. S.Əliyeva dərmanlar vasitəsi ilə arıqladığını etiraf edib:

"İnsulin dirəncim, şəkərə meyilliliyim, qaraciyər piylənməm var idi. Hətta 3-cü dərəcə idi. Xolesterinim yüksək idi. Bu da məndə yüksək təzyiq yaradırdı. Hətta bir dəfə üstümə təcili yardım gəldi. Ondan sonra dedim ki, "Sona, bəsdir". Kilolu insanlar şirniyyata meyilli olur. Həkimim dərmanlarla bərabər elə preparatlar da verirdi ki, məni iştahdan kəsirdi. Şirniyyat istəyimi azaldırdı. Yeyirəm, ac qalmıram. Amma çox yeyə bilmirəm".

Aktrisa arıqladıqdan sonra ona yazılan mənfi şərhlərə də münasibət bildirib:

"Kökəlirəm bir dərd, arıqlayıram başqa bir dərd. Kökələndə deyirlər ki, "Vay, nə boyda olub, biabırçılıqdır, ekrana yerləşmir". Arıqlayanda isə başlayırlar ki, "Kök olanda yaxşı idin, şirin idin".

Qeyd edək ki, aktrisa daha əvvəlki açıqlamasında 47 kiloqram çəki atdığını açıqlamışdı. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az