Xəbər verdiyimiz kimi, "Yeraltı" serialında "Mələk" obrazını canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin özündən 10 yaş böyük tərəf müqabili Hakan Çələbi ilə sevgili olduğunun ortaya çıxmasından sonra atası Ünal Çiftçi prokurorluğa müraciət edib.
Milli.Az xəbər verir ki, daha sonra cütlüyün birlikdə çəkilmiş fotoları və ailə mühitində bir araya gəldiklərini əks etdirən görüntülər sosial mediada yayılıb.
Yayılan şəkillərdə Hakannın Ülkünün ailə üzvləri ilə birlikdə şəkil çəkdirdiyi əks olunub. Fotolar aktrisanın ailəsinin yaşadığı kənddə lentə alınması da diqqət çəkib.
Ünal qızının telefonundakı yazışmaları gördükdən sonra onların münasibətinin düşündüyündən fərqli xarakter daşıdığını iddia edib və bununla bağlı hüquqi proses başlatdığını açıqlayıb.
Qeyd edək ki, aktrisanın atası təkcə Hakandan deyil, həm də qızının menecerlik şirkəti "OnTalent Menajerlik"dən də şikayətçidir. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















