Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva bir neçə gündür ki, səhhəti ağırlaşdığından Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətkarın xanımının vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı aktyorun oğlu Rövşən Qliyevlə əlaqə saxlayıb.
O bildirib ki, anasının vəziyyəti daha da ağırlaşıb:
"Anam Gülzar xanımın vəziyyəti səhərə yaxın daha da ağırlaşıb. Halı indi daha da pisdir. Komatoz vəziyyətdədir. Həkimlər əllərindən gələni edirlər ki, anamı bu vəziyyətdən çıxarsınlar", - deyə R.Quliyev qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun