Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov Moskvada itkin düşüb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında məlumat verib. Bildirib ki, Orxan ötən ilin 23 sentyabrında Moskvadan Türkiyəyə uçmaq üçün hava limanına yollanıb. Sonra isə ondan xəbər alına bilməyib:
"Bilmirəm, İlhamə xanım həyatda olsaydı, onu axtarmaq üçün efirə çıxardımı? Amma hər kəs bilir ki, o, İlhamə xanımın qohumunun övladıdır. Nə olursa, olsun, ana anadır. Səkkiz aydır göz yaşı tökən, Orxanın doğma anası indi studiyadadır".
Orxanın doğma anası Lalə xanım isə məsələ ilə bağlı bunları söyləyib:
"Biz bərabər yaşayırdıq. Keçən ilin iyunundan Türkiyəyə getdi. Pandemiya dövründən öncə Ukraynada yaşayırdı. Sonra Bakıya gəldi, bərabər qaldıq. Türkiyədə bir neçə ay yaşadı. Avqustun sonları telefonla danışanda dedi ki, Moskvaya gedir. Bir az tərəddüd etdim ki, Moskvada vəziyyət yaxşı deyil, sən Ukraynada olmusan. Dedi ki, burada nə var ki? Getdi, bir ay hər gün danışırdıq. Sonuncu dəfə sentyabrın 22-i danışdıq. Dedi ki, sabah Türkiyəyə uçur. Onun bileti də var idi. Sonra isə heç bir xəbər yoxdur. İlhamə xanım rəhmətə getdikdən sonra Orxan həyat yoldaşından ayrıldı. Onlar indi xaricdə yaşayır. Bizim əlaqəmiz həmişə olub. O uşaq mənim balamdır, Orxanın balasıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun