Dünyaca məşhur müğənni Ledi Qaqa fərqli tərzi ilə diqqət çəkib.
OLAY yazır ki, son illərdə sadə libaslarla görünən sənətçi uzun müddət sonra 2010-cu illərdəki stilinə qayıdıb.
İfaçı “Chromatica Ball” adlı konsert filminin premyerasında görüntülənib. O, gecədə iki paltar dəyişib.
Öncə avtomobil hissələrindən hazırlanmış ağ libası ilə pozalar verən sənətçi tədbirin sual-cavab hissəsində qara geyimi ilə diqqətləri cəlb edib. O, libasına uyğun qara maska da taxıb.