Qızı efirdə İlahəni və Vüsaləni kövrəltdi

Qızı efirdə İlahəni və Vüsaləni kövrəltdi

Müğənni İlahə İbadovanın qızı Ayan canlı yayımda anasına sürpriz edib.

OLAY yazır ki, o, “İncə səhər” verilişində anası ilə bağlı müsahibə verib. Ayan İbadovanın onun danlama səbəbindən söz açıb:

“Anayla əsasən həftə içi bir-birimizə vaxt ayıra bilmirik. Mənim məktəbim, onun tədbirləri, çəkilişləri olur. Həftə sonları bir-birimizlə vaxt keçiririk. Balaca bir şeyi böyüdə bilir. Məsələn, hər ana kimi qızının telefonuna zəng çatmayanda beynində fikirləşir ki, görəsən, nəsə oldumu. Təmizliyə çox önəm verir. Mən isə dağınıq qızam. Ona görə də arada onun üstündə danlayır ki, sən qız uşağısan, dağınıq olmamalısan, təmizliyə riayət etməlisən. Haradasa səhvim olanda üzümə vurur. Deyir, sən burada səhv etmisən, bir də etmə. Mən balaca olandan ana işləriylə əlaqədar xaricə çox gedir. O dönəmlərdə mən balaca olduğum üçün anam üçün daha çox darıxırdım. Bir tədbir olmuşdu, oraya hamının anası gəlmişdi, mənim anam xaricdə olduğu üçün gələ bilməmişdi. Həmin gün dərsdən çıxandan sonra nənəmgildə çox ağlamışdım”.

O, həmçinin, valideynlərinin ayrı olmağından danışıb:

“Anam atamla ayrı olmağını mənə heç vaxt hiss etdirməyib. Balacalıqdan nə istəmişəmsə, olub. Əksiklik hiss etməmişəm. Seçimlərimdə də yanımda durur. Hələ ki, həkim olmağı fikirləşirəm. Xaricə gedəcəyəm, orada tək qalacağam. Hər halda anamdan ayrı qalmaq istəmərəm. Bir qızıyam, onu görmədən, günümü keçirə bilmərəm”.

Ayanın bu sözlərindən sonra aparıcı İlahə İbadova və Vüsalə Əlizadə göz yaşlarını saxlaya bilməyiblər.